Logo

Karantin rejiminin uzadılması ilə bağlı növbəti RƏSMİ AÇIQLAMA

Karantin rejiminin uzadılması ilə bağlı növbəti RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ötən iki həftə ərzində koronavirusa yoluxma sayı azalsa da, yumşalma dövründə bir az artım oldu. İki zidd tendensiya müşahidə edildi".

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, həkimlərin səyi nəticəsində vəziyyət nəzarət altındadır:

"Karantin rejimi mayın 31-nə qədər uzadıldı və bəzi ərazilərdə də yumşaldılmasına qərarı verildi. Yoluxma hallarının yüksək olduğu 4 şəhərdə karantindən çıxma yavaş sürətlə həyata keçiriləcək. Digər ərazilərdə isə yüksək sürətlə çıxış olacaq".

"Bakıda restoranlar bağlıdır və SMS icazəsi qüvvədədir" deyə İ. Məmmədov qeyd edib.

O bildirib ki, 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxması icazəsi məsələsinə baxılır: "Mayın 11-dən sonra qərar qəbul edilməsi planlaşdırılır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR