Logo

“Neftin qiyməti qalxmayacaq, səbrli olmalıyıq” – Rusiyalı nazir

“Neftin qiyməti qalxmayacaq, səbrli olmalıyıq” – Rusiyalı nazir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Neftin qiymətinin sabitləşmə müddəti açıqlanıb.

Sfera.azRIA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak neft bazarında vəziyyətin may-iyun aylarında aydın olacağına ümid etdiyini bildirib.

Nazir vurğulayıb ki, balanslaşma mərhələsi uzun çəkəcək. Onun fikrincə, bu sahədə sabitləşmə ilin sonlarında müşahidə olunacaq, anbarlardakı xammal ehtiyatlarının azalması isə artıq ilin ikinci yarısından başlanacaq.

Novak həmçinin qeyd edib ki, hazırkı şəraitdə qiymətləri proqnozlaşdırmaq mənasızdır.

Bundan əlavə, nazir hesab edir ki, may ayında biznes bərpa olunmağa başlayacaq, bir çox ölkələr isə koronavirus infeksiyasına görə həyata keçirilən tədbirlərdən imtina edəcəklər. Bu isə, onun fikrincə, tələbatın artmasına təsir edəcək.

Novak bildirib ki, OPEK+ sazişinin mayın 1-dən necə reallaşdırılacağı, nə kimi səmərə verəcəyi və ölkələrin neft hasilatının ixtisarı ilə bağlı öz öhdəliklərini tam həcmdə yerinə yetirib-yetirməyəcəyinə dair qeyri-müəyyən vəziyyət qorunub qalmaqdadır.

"Aydındır ki, vəziyyət müəyyənləşməyənədək neftin qiyməti qalxmayacaq. Odur ki, səbrli olmalıyıq", — deyə nəşrin həmsöhbəti bildirib.

Nazir qeyd edib ki, hazırda neftin qiymətinin ucuzlaşması o demək deyil ki, həmişə belə olacaq. Bundan başqa, onun fikrincə, neft sənayesi tarixində ən ağır ay aprel olacaq.

Qeyd edək ki, mart ayının əvvəlində yeni koronavirus infeksiyası pandemiyası ilə bağlı tələbatın azalması, həmçinin OPEK+ sazişinin pozulmasından sonra neft kotirovkaları aşağı düşüb. OPEK+ iştirakçıları nə neft hasilatının azaldılması üzrə sazişin uzadılması, nə də onun parametrlərinin dəyişdirilməsi barədə razılığa gələ bilməyiblər.

Neftin qiyməti iki dəfədən çox ucuzlaşıb. Nəticədə, aprelin 12-də OPEK-ə üzv ölkələr neft hasilatının azaldılması barədə razılığa gəliblər, amma qiymətlər bərpa olunmayıb və vəziyyət qeyri-sabit olaraq qalmaqdadır.

Sfera.az

Selcan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR