Azərbaycanda nazir müavini işdən çıxarıldı - SON DƏQİQƏ!
Kateqoriya məlum deyil
Azərbaycanda nazir müavini işdən çıxarılıb.
Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad olunub.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla Emin Hüseyn oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.
E.Səfərov 2016-cı ildən bu vəzifədə çalışırdı.






