Logo

“20 Yanvar” metrosundan istifadə edənlərin NƏZƏRİNƏ!!! + DİQQƏT

“20 Yanvar” metrosundan istifadə edənlərin NƏZƏRİNƏ!!! + DİQQƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədilə aparılan işlər çərçivəsində "20 Yanvar” metrostansiyasının çıxış istiqaməti dəyişdirilir.

Sözügedən stansiyanın Azərsu ASC-nin inzibati binasının qarşısındakı çıxışı artıq bağlanıb. Stansiyanın keçid hissəsi saxlanılmaqla, çıxış əvvəlkinin tam əksinə olacaq.

Aparılan işlərlə əlaqədar ASC-nin qarşısında quraşdırılan kiçik fontan söküləcək. Sərnişinlər artıq Azərsu ASC-nin qarşısına tərəf çıxacaqlar.

Metronun bağlanan çıxış hissəsi vasitəsilə isə yol genişləndiriləcək. Bu, "Şamaxinka” ərazisindən "20 Yanvar” istiqamətində hərəkət edən avtomobillərin tıxaca düşmədən üzü Respublika Kliniki Xəstəxanasına tərəf rahat hərəkət etməsinə şərait yaradacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR