Logo

"Bəzi sürücülər sui-istifadə edirlər"

"Bəzi sürücülər sui-istifadə edirlər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu saata qədər 3 413 nəfər yükdaşıma ilə məşğul olan fiziki şəxslə bağlı məlumatlar "icaze.e-gov.az" portalına yerəşdirilib.

Sfera.az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, həmin şəxslər ölkə daxilində öz fəaliyyətlərini sərbəst şəkildə icra edə bilərlər:

"Əlavə olaraq 1 196 nəfər taksi sürücü ilə bağlı məlumatlar "icaze.e-gov.az" portalına yerəşdirilib”.

N.Allahyarova qeyd edib ki, bəzi sürücülər bu icazədən sui-istifadə də edirlər:

"Onlara bildirmək istəyirəm ki, bu icazə sizə ona görə verilir ki, fəaliyyətinizi rahat şəkildə həyata keçirə biləsiniz. İcazə sizin şəxsi işləriniz üçün verilmir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR