Logo

İsmayıllının icra başçısı suvarmanın ləngiməməsi məqsədi ilə tapşırıqlar verib - FOTOLAR

İsmayıllının icra başçısı suvarmanın ləngiməməsi məqsədi ilə tapşırıqlar verib - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsmayıllı rayonunun suvarma sistemlərində yaz mövsümünə məxsus tədbirlər görülür.

Sfera.az-ın məlumatına görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov bu məqsələ müxtəlif ərazilərdə həmin işlərlə tanış olub. O, əvvəlcə Talıstan çayı və ondan ayrılan su kanalının ərazilərində olub.

İsmayıllı Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov bildirib ki, əkin yerlərinin suvarılması və baş verə biləcək sel təhlükəsinin qarşısının alınması məqsədi ilə çayın məcrası genişləndirilir, sahilbərkitmə işləri həyata keçirilir. Əraziyə 4 texnika cəlb olunub. Təhlükəli hesab olunan 2 min metrlik ərazidə qazma işləri aparılıb, çay məcrasının eni 30-45 metrə çatdırılıb. İlkin mərhələdə Talıstançayın 21 kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulur. İcra başçısı suvarma işlərinin ləngiməməsi məqsədi ilə işlərin sürətləndirilməsini tövsiyə edib.

Sonra, N.Bağırov Göyçay çayına aid suvarma kanalının sahilində olub. Burada kanalın təbii tullantılardan təmizlənməsi ilə bağlı işlərin tamamlanmadığını müşahidə edən icra başçısı kanal suyunun axınındakı əngəllərin tez bir zamanda aradan qaldırılması barədə tapşırıq verib. Görülmüş işlərin əyani şahidi olmaq üçün Qəzli kəndində Talıstan, Ax-Ox, Cülyan və Əyriçay çaylarının qovuşduğu yerə, həmçinin Qəzlidən "Aşıqbayramlı” Su Ambarına gedən kanala da baş çəkilib.

İsmayıllının icra başçısı suvarmanın ləngiməməsi məqsədi ilə tapşırıqlar verib - FOTOLAR
İsmayıllının icra başçısı suvarmanın ləngiməməsi məqsədi ilə tapşırıqlar verib - FOTOLAR
İsmayıllının icra başçısı suvarmanın ləngiməməsi məqsədi ilə tapşırıqlar verib - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR