Koronavirus “Qocalar evi”ndə - Qazaxıstanda 40-dan çox ahıl virusa yoluxdu
"Qazaxıstanın Akmola əyalətindəki (respublikanın şimalında) Qocalar evində koronavirusa yoluxanların sayı 41-ə çatıb. Ən yaşlı xəstənin 99 yaşı var”.
Sfera.az xəbər verir ki, bu haqda Səhiyyə nazirinin müavini Ləzzət Aktayeva bildirib.
Az əvvəl Akmola əyalətində, Nur-Sultan şəhəri yaxınlığındakı adıçəkilən qocalar evində koronavirusa kütləvi yoluxma hallarıqeydə alınmışdı. Həkimlər mərkəzin 216 sakinini və əməkdaşlarını müayinə etmişdilər. Mərkəzin bir əməkdaşı da daxil olmaqla, 34 nəfərdə koronavirus təsdiqlənmişdi. Bu qocalar evinin sakinləri arasında üç ölüm hadisəsi qeydə alınıb. Bunlar 1947 və 1936-cı il təvəllüdlü kişilər və 91 yaşlı qadındır.
"Mərkəzdə 147 himayə olunan və 74 əməkdaş var. Koronavirusa yoluxma və üç ölüm hadisəsinin aşkarlanması ilə əlaqədar, hamı müayinə edildi,38 nəfər himayə olunanda və 3 əməkdaşda virusa yoluxma halı qeydə alındı”,- deyə, Aktayeva şərşənbə günü keçirilən brifinqdə vurğulayıb.
Aktayevanın verdiyi məlumata görə, hazırda qocalar evinin iki sakininin vəziyyəti ağırdır, biri süni nəfəs aparatına qoşulub, digərioksigen balonununun köməyi ilə nəfəs alır. Epidemioloji araşdırmanın nəticələrinə görə, qocalar evinə infeksiyanı yoluxmuş əməkdaşlardan biri gətirib.
Qazaxstanın paytaxtında fəaliyyət göstərən anoloji sosial müəssisədə koronavirusa yoluxma hallarının qeydə alınması məsələsinə aydınlıq gətirən Aktayeva daha əvvəl verilən məlumatı təsdiqləyərək bildirib ki, həmin müəssisənin 19 əməkdaşında COVİD-19-a yoluxma aşkarlanıb, himayə olunan şəxslərin analizləri üzərində isə iş aparılır.
Qeyd edək ki, Qazaxstanda 1275 koronavirusa yoluxma halı qeydə alınıb, yoluxanlardan 15-i dünyasını dəyişib. Qazaxstanın prezidenti Kasım-Jomart Tokayev koronavirusa görə martın 16-dan etibarən ölkədə fəaliyyət göstərən fövqəladə vəziyyət rejimini aprelin sonunadək uzadıb, Nur-Sultan, Alma-Ata və Şimkentdə də karantin müddətini həmin tarixədək uzadılıb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. ÜST-nın son məlumatına görə, dünyada 1.84 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 117 mindən çox insan həyatını itirib.
Selcan
Sfera.az






