Logo

Koronavirusa qarşı peyvəndin sınaqdan keçirilməsi üçün 60 nəfər könüllü seçildi

Koronavirusa qarşı peyvəndin sınaqdan keçirilməsi üçün 60 nəfər könüllü seçildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirusa qarşı peyvəndin sınaqdan keçirilməsi üçün 60nəfər könüllü seçilib. Könüllülərin sırasında vaksini hazırlayan şəxs də var.

Sfera.azRusiya mətbuatına istinadla xəbər verir ki, "Koronavirusa qarşı peyvəndin ilk klinik sınaqları 60 könüllü üzərində keçiriləcək”. Bunu Nailə Əsgərzadənin "Rossiya 1” telekanalı ilə yayımlanan "Təhlükəli virus 2” filmində "Vektor” elmi mərkəzinin direktoru Rinat Maksyutov bildirib.

Onun sözlərinə görə, 60 könüllü arasında peyvəndi hazırlayan şəxs də var, bu İlnaz İmatdinovdur. Maksyutov preparatın koronavirusluxəstələr üzərində deyil, sağlam insanlar üzərində sınaqdan keçirildiyini qeyd edib.

Rəsmi məlumatlara görə, Rusiyada 13584 koronavirusa yoluxma halı qeydə alınıb. Bu günədək 1045 insan xəstəliyə sinə gərə bilsə də, onlardan 106 –sı dünyasını dəyişib.

Az əvvvəl RİA LİVE24 xəbər vermişdi ki, alimlər koronavirusa qarşı preparatların maya dəyərini hesablayıblar.

Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR