Logo

Siqaret çəkmək koronavirusdan qoruyur? – Onkoloqdan açıqlama

Siqaret çəkmək koronavirusdan qoruyur? – Onkoloqdan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Siqaret çəkmək insanları koronavirusdan qurtarmayacaq, əksinə xəstənin vəziyyətini ağırlaşdıra bilər.

Sfera.az-ın məlumatına görə, bu barədə "Sputnik" radiosuna müsahibəsində N.N. Bloxin adına Onkologiya Elmi Mərkəzininprofilaktika şöbəsinin müdiri Vladimir Levşin bildirib.

Onun sözlərinə görə, az əvvəl siqaretin koronavirusa yoluxmanın qarşısını alması ilə bağlı mif yaranmışdı. Amma bu həqiqəti əks etdirmir. O, vurğulayıb ki, siqaret çəkənlər nəinki məlum virusa yoluxa bilər, həmçinin siqaret çəkən yoluxanlarda artıq mövcud xəstəliklər səbəbindən virusun daha ağır fəsadlar verə bilmə ehtimalı olduqca böyükdür.

"Siqaret çəkmək virusdan xilas edə bilməz”,- deyə Levşin vurğulayıb.

Həkim bəyan edib ki, 5-6 il boyunca siqaret çəkən istənilən insan artıq ən azından xroniki bronxitdən əziyyət çəkir, bu isə pnevmoniya riskini birə beş artırır.

Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR