Logo

Ekspert: “SOCAR haqqında cəmiyyətdə mənfi rəy yaratmaq istəyirlər”

Ekspert: “SOCAR haqqında cəmiyyətdə mənfi rəy yaratmaq istəyirlər”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkələrdə bəzi qruplar tərəfindən FETÖ işi ilə əlaqədar Türkiyədə həbs edilən iş adamı Mübariz Mənsimovun Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) məhkəməyə verdiyinə dair xəbərlər yayılır. Bu iddiaları rəsmən təkzib edən SOCAR "Bizim onlara borcumuz yoxdur, onların bizə borcu var” deyib. SOCAR-ın Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş"nin baş icraçı direktoru Zaur Qəhrəmanov "Anadolu" agentliyinə müsahibəsində vurğulayıb ki, SOCAR Palmali şirkətini məhkəməyə verib və təzminat tələb edir.

Ümumiyyətlə M.Mənsimov tərəfdarları bu cür məlumatları yaymaqla hansı məqsədi güdürlər?

İqtisadçı-ekspert Pərviz Heydərov bunun SOCAR-a qarşı həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi olduğu bildirib.

O deyib ki, dövlətimizi sarsıtmaq istəyənlərin ilk hədəfi hər zaman SOCAR olacaq: "SOCAR Azərbaycanın iqtisadi qudrətinin vacib sütunudur. Bu mənada dövlətimizin nüfüzüna xələl gətirmək istəyənlər SOCAR-ı hədəf alır və alacaqlar da. Bu quruma qarşı səngiməyən qarayaxma kampaniyası SOCAR-la Mənsimov arasındakı ziddiyətlər fonunda yenidən qızışıb. Bu zaman bir tərəfdən məsələni iqtisadi mübahisə müstəvisindən çıxararaq siyasiləşdirmək, digər tərəfdən isə bu dövlət qurumu haqqında cəmiyyətdə mənfi rəy formalaşdırmaq və ictimai fikri yalnış məcraya yönəltmək məqsədi güdülür”.

P.Heydərov qeyd edib ki, bu cür dırnaqarası fəallıq təkcə Məhsimovla bağlı edilmir.

"Ölkənin koronavirus epidemiyası ilə əlaqədar olaraq bütün resurslarını səfərbər edərək bu ümümbəşəri bəla ilə mübarizəyə atdığı bir vaxtda sapı özümüzdən olan baltalar dövlətimizin fədəkar fəaliyyətinə kölgə salmaq imkanını əldən vermirlər. Fürsətdən istifadə edərək, özünü bu millətin təəssübünü çəkən, onun mənfəətini düşünən, yeganə qüvvə kimi təqdim etməklə ucuz siyasi xal toplamağa can atırlar. Mənsimovun ətrafinda cərəyan edənlər də bu qəbildəndir. Lakin xalqın gözü tərəzidir. O, ağı qaradan ayırmağı çox yaxşı bacarır. İctimai fikri yalnış istiqamətdə yönəltmək cəhdləri uğursuzluğa düçar olub və heç bir nəticə verməyəcək. Ölkəmizin bu mürəkkəb dönəmində cənab Prezidentin "Biz birlikdə güclüyük” çağrışına geniş ictimaiyətdən gələn birmənalı dəstək bu cür marjinallara və populistlərə hər zaman ən tutarlı cavab olacaq”,-ekspert vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR