Logo

Millət vəkilindən maraqlı addım – “Deputatla nahar” lahiyəsi

Millət vəkilindən maraqlı addım – “Deputatla nahar” lahiyəsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Əziz seçicilər! Karantin tədbirləri bitdikdən sonra "Deputatla nahar" adlı maraqlı bir ənənə başlamaq istəyirəm. Yəni indidən hazır olun”.

Sfera.az-ın məlumatına görə belə bir təşəbbüslə millət vəkili Bəhruz Məhərrəmov çıxış edib. Bu haqda sosial şəbəkədə məlumat verən deputat bunları yazıb:

"Qaydaya görə hər ay bir nəfər olmaqla, ölkəmiz, yaxud rayon və kəndi üçün ciddi iş görmüş, müsbət nəticələr qazanmış, yaxud təhsilində, işində əhəmiyyətli uğur əldə edən bir nəfər seçicini nahara dəvət edəcək, onunla ilə nahar süfrəsində maraqlı müzakirələr aparacam.

Dediyim kimi bu cür qeyri-rəsmi formatda hər ay yalnız bir seçici ilə görüşəcəyik. Lakin, ilk dəvətlim istisna kimi 3 nəfər olacaq və onları Mədəniyyət nazirliyinin "Evdə qal, evdə yarat" təşəbbüsünə qoşulan seçicilərim arasından seçəcəyəm”.

Millət vəkili sonda bildirib ki, bu ideyanın müəllifi özü deyil: "Əvvəllər işlədiyim mötəbər şirkətlərin birində, bir az fərqli formatda olsa da həmin ənənə var idi”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR