Azərbaycanda virusu öldürən maska icad edildi - VİDEO
Azərbaycanda işlənib hazırlanan elektron maska insanı viruslardan qorumaqla yanaşı, infeksiyanı da öldürəcək. İnnovativ icadın müəllifi riyaziyyatçı Türkel Süleymanlıdır.
Sfera.az-ın məlumatına görə, riyaziyyatçı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə ərizə verib, eləcə dəixtirasının necə işlədiyini əyani surətdə nümayiş etdirib.
"Hüceyrə anti-immun müdafiə mexanizmini işə salmır, çünki piy membranı hüceyrədə virusun "qida” olduğu ilə bağlı yanlış təsəvvür yaradır və o virusun özünə yapışmasına imkanı verir. Bunun sayəsində viruslar təbiətdə deyil, hüceyrənin daxilində, ya da hüceyrəyə bitişdikdən sonra çoxalmağa başlayır. Lipid membranı dağıldığı təqdirdə isə hüceyrə dərhal yad cismi tanıyır və ora öz şərti "əsgər”lərini yollamağa başlayır”,-deyə ixtiraçı izah edib.
"İki batareya, bir çip, elektron lövhə və qoruyucu membran. Maska müxtəlif materialların ərintisindən hazırlanıb. O lazımi vaxt işə salına, gərək olmadıqda isə söndürülə bilər",- deyə Süleymanlı əlavə edib.
Onun sözlərinə görə, yeni qoruyucu vasitə özünü təmizləyir. "Maska şarj olunur. Onu müxtəlif üsullarla, həmçinin telefon adapteri vasitəsi ilə də şarj etmək mümkündür”,- deyə ixtira müəllifibildirib.
Bununla yanaşı, Süleymanlı maskaya istifadəçinin bədən hərarətini ölçən kiçik bir kamera quraşdırmağı, eləcə də komplektə eynək əlavə etməyi planlaşdırdığını vurğulayıb.
Selcan
Sfera.az






