Logo

Koronavirusun vaksini hazırdır - Heyvanlar üzərində sınaqdan keçirilir

Koronavirusun vaksini hazırdır - Heyvanlar üzərində sınaqdan keçirilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə heyvanlar üzərində koronavirusa qarşı peyvəndin uğurla sınaqdan keçirildiyi bildirib.

Sfera.az xəbər verir ki, bu barədə Rambler məlumat verir.

Türk həkimlər koronavirusa qarşı yeni növ peyvəndi heyvanlar üzərində uğurla sınaqdan keçirdilər. Bu barədə bazar günü, Türkiyənin Coronavirus Tədqiqatı Elmi Komitəsinin üzvü Ankara universitetinin professoru Hacettepe Ateş Kara açıqlama verib.

"Yaxşı bir xəbər var. Heyvanlara koronavirusa qarşı antikor yaradan və hüceyrələrə qoşulmasına icazə verməyən peyvənd vuruldu. İndi bu peyvəndin insanları xəstəlikdən qoruyub qorumayacağını yoxlamaq vaxtı gəldi", – deyə Afeş Kaya özünün Twitter səhifəsində yazıb.

Xatırladaq ki. yeni növ koronavirus virusuna yoluxma ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çində qeydə alınıb və 11 Martda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya olaraq tanınıb.

Ən son məlumatlara görə,  dünyada xəstəliyə 1,1 milyondan çox insan yoluxub, 65 mindən çox ölüm qeydə alınıb.

Sfera.az

Orxan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR