Logo

“Tfu, tfu, tfu, yaxşıdır….” – Peskovdan “Putin necədir?” sualına cavab

“Tfu, tfu, tfu, yaxşıdır….” – Peskovdan “Putin necədir?” sualına cavab
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin dövlət başçısının koronavirusa yoluxanların müalicə olunduğu infeksion xəstəxanaya baş çəkməsindən sonra öznü necə hiss etdiyi barədə sualına "tfu, tfu, tfu, yaxşıdır” sözləri ilə cavab verib.

Putin dünən gözlənilmədən Moskva ətrafındakı Kommunarka qəsəbəsində yerləşən infeksion xəstəxanaya baş çəkib. Rusiya prezidenti narıncı rəngdə qoruyucu geyimdə olub. O, tibb personalı və baş həkimlə söhbətləşib.

“Tfu, tfu, tfu, yaxşıdır….” – Peskovdan “Putin necədir?” sualına cavab

Peskov deyib ki, Putin xəstəxanaya baş çəkmək barədə qərarı şəxsən verib və səfəri hər hansı hazırlıq olmadan həyata keçirib.

Səfər zamanı Peskov smartfonunu xəstəxana işçilərindən birinə verərək xahiş edib ki, Putinin infeksion şöbəyə baş çəkməsini çəksin. "Telegram-a göndərin, orada ancaq bir kontakt var-"Dima”, telefonu özünüzdə saxlayın və daha sonra məhv edin”,-Peskov tibb müəssisəsinin əməkdaşlarına bildirib.

“Tfu, tfu, tfu, yaxşıdır….” – Peskovdan “Putin necədir?” sualına cavab

Smartfonun məhv edilməsi qərarını Peskov onunla izah edib ki, aparatın dezinfeksiya edilməsinə vaxt yoxdur. "Biz prezidenti riskə məruz qoya bilmərik”,-Putinin mətbuat katibi bildirib.

Müşahidələrə əsasən həmin vaxt Peskovun əlində  Samsung Galaxy A51, yaxud Galaxy A71 smartfonu olub.

virtualaz.org

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR