Ümumdünya Səhiyyə Təşkilatı gənclərə müraciət etdi: Siz də ölə bilərsiniz!
Kateqoriya məlum deyil
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus koronavirus (COVİD - 19) infeksiyası ilə bağlı gənclərə müraciət edib.
Tedros Adan Qebreyesus deyib:
"Hər yerdə eşidirik ki, koronavirus (COVİD - 19) infeksiyası gənclərə təsir etmir. Çağırış edib bildirirəm ki, Siz yenilməz deyilsiniz. Bu virusa görə həftələrlə xəstəxanada qala və hətta sizi öldürməsinə səbəb ola bilər. Onun üçün hər bir gənc bu virusdan qorunmaq üçün tibb işçilərinin məsləhətlərini dinləməli və əməl etməlidir".






