Logo

Koronavirusa görə Azərbaycana yumurta sata bilmədi, müflis oldu

Koronavirusa görə Azərbaycana yumurta sata bilmədi, müflis oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə 6 iri broiler təsərrüfatı dünyanı bürümüş koronavirus pandemiyasına görə müflis olub.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ölkələrin sərhədlərini bağlaması və ticarət əməliyyatlarını məhdudlaşdırması səbəbindən həmin təsərrüfatlar bağlanıb, 6 milyondan çox toyuq isə kəsimə göndərilib.

Konya Yumurta İstehsalçıları dərnəyinin başqanı İsmayıl Saraçoğlu deyib ki, virusun yayılmasına görə Azərbaycana, İraqa, İrana, Küveytə, Qətər və Suriyaya yumurta göndərə bilmirlər. Nəticədə yumurta sektorunda müflisləşmə prosesi başlayıb.

Koronavirusa görə Azərbaycana yumurta sata bilmədi, müflis oldu

Onun sözlərinə görə, təsərrüfatlar 6 milyona yaxın toyuğu kəsimə göndəriblər. "Həftədə təxminən 280-300 TIR yumurta ixrac edərdik, amma son bir aydır koronavirusa görə sərhədlər bağlandığından sector pərişan oldu”,-Saraçoğlu bildirib.

Dərnək rəhbəri deyib ki, xaricə yumurta ixrac edə bilmədikləri üçün yumurtanın 10 ədədi ölkə daxilində 6-7 TL-yə qədər ucuzlaşıb. Bu da 3 TL zərər deməkdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR