Gənc deputat şəhidimizin ailəsinə başsağlığı verdi
Kateqoriya məlum deyil
Millət vəkili Bəhruz Məhərrəmov şəhid əsgərimizlə bağlı status paylaşıb.
Sfera.az-ın məlumatına görə, millət vəkili şəhidimizin qanının yerdə qalmayacağını vurğulamaqla millətimizə və şəhidin ailəsinə başsağlığı verib:
"Şəhidimiz var. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan DSX-nin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğluna Allahdan rəhmət diləyir, ailəsinə və millətimizə baş sağlığı verirəm. Vətən sağ olsun! Əmin olun, bütün şəhidlərimiz kimi Orxanın da qanı yerdə qalmayacaq!"






