Logo

Azərbaycanda karantində olan şəxslərin sayı açıqlandı

Azərbaycanda karantində olan şəxslərin sayı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Fevralın 29-da saat 16:00-da İran-Azərbaycan sərhəd-keçid məntəqəsi bağlandıqdan sonra 276 nəfər azərbaycanlı ölkəyə gətirilib və hazırda onlar karantində saxlanılırlar”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qərargah üzvü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, hazırda müayinədə koronavirus epidemiyası təsdiqlənən üç şəxs var:

"Onların vəziyyəti stabildir”.

TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev isə bildirib ki, 500-ə yaxın şəxs karantindədir:

"Onların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR