Logo

İmamverdi İsmayılov üçün SON ? - 11 məntəqədə nəticələr ləğv olundu

İmamverdi İsmayılov üçün SON? - 11 məntəqədə nəticələr ləğv olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən daxil olan müraciətə baxılıb.

Sfera.az  xəbər verir ki, şikayət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, şikayətçi deputatlığa qeydə alınmış namizədlər Nazim Azadoğlu və Faiq Kərimov həmin seçki dairəsinin nəticələrinin ləğvini tələb edib:

"Araşdırma zamanı müəyyən olunub ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələrinin nəticələrinin ləğvi üçün əsaslar var. Ona görə şikayət qismən təmin olunmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib. (olke.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR