Logo

Avtomobil daşımalarında DƏYİŞİKLİK - FOTO

Avtomobil daşımalarında DƏYİŞİKLİK - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan beynəlxalq avtomobil yükdaşıması  sahəsində yeni addımlar atmağa başlayıb.  Bu sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə Beynəlxalq Avtomobil daşımaları sahəsində Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçiriləcək.

Sfera.az bildirir ki, bu barədə anspress-ə Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

Onun sözlərinə görə, iclas martın 10-u və 11-i tarixlərində keçiriləcək. Qarışıq komissiyanın iclasında iki ölkələr arasında avtomobil nəqliyyatı sahəsində  sənədlər imzalanacaq.  Bu il keçiriləcək iclasda həmçinin  ölkələr arasında yükdaşımalarda icazə vərəqələrinin istifadəsi və beynəlxalq nəqliyyatın müxtəlif sahəsində prosedurların sadələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Çünki regionda baş verən son hadisələrdən sonra yükdaşıma sahəsində canlanmalar baş verib. Bu isə Azərbaycana beynəlxalq təcrübədən istifadə etməklə nəqliyyat sahəsində çatışmazlıqları aradan qaldırmaq imkanı yaradır.

İclasda Azərbaycanı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis  müavini  İbrahim Əliyev təmsil edəcək. Bundan əvvəl, 2015-ci il sentyabrın 16-da Nəqliyyat Nazirliyində Beynəlxalq Avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilmişdi.

İclasda Belarus Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı İdarəsinin rəisi Sergey Dubinanın və Azərbaycanın  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətləri  iştirak edib.

Həmin iclasda beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının protokol imzalanmışdı.

Ümumilikdə  Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti  avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsi, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalar, həmçinin hələlik  fərqlənmə nişanlarının və lisenziyaların verilməsi bu qurum tərəfindən həyata keçirilir. Bakı Beynəlxalq Avtovağzalı da bu qurumun xidmət sahəsinə daxildir. Qurum 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR