Logo

Bakıda başına dəmir parçası düşən qadınlardan biri ölüb - FOTOLAR

Bakıda başına dəmir parçası düşən qadınlardan biri ölüb - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün Bakının Səbail rayonu,  Parlament prospekti 9 ünvanında aparılan tikinti zamanı bədbəxt hadisə baş verib.

APA TV-nin məlumatına görə, tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb. Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə,  ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Əraziyə prokurorluq, o cümlədən Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsində aparılıb. Dəmir parçaları maddi sübut kimi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən götürülüb.

Tikintiyə məsul şəxslər Səbail Rayon Polis İdarəsinə aparılıb. İdarədən verilən məlumata görə, aparılan araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək.

  • Bakıda başına dəmir parçası düşən qadınlardan biri ölüb - FOTOLAR <a class='popupgallerylink' href='/file/articles/2016/02/20/295081.jpg' target='_blank'>Yüklə
  • Bakıda başına dəmir parçası düşən qadınlardan biri ölüb - FOTOLAR <a class='popupgallerylink' href='/file/articles/2016/02/20/295082.jpg' target='_blank'>Yüklə
  • Bakıda başına dəmir parçası düşən qadınlardan biri ölüb - FOTOLAR <a class='popupgallerylink' href='/file/articles/2016/02/20/295083.jpg' target='_blank'>Yüklə
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR