Logo

Şəhidimiz dəfn edildi - FOTO

Şəhidimiz dəfn edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan silahlı qüvvələrinin bölmələrinin martın 26-da cəbhənin Füzuli rayonu istiqamətində mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov dəfn edilib.

Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirlərii və əsgər yoldaşları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

***

Ötən gün cəbhənin Füzuli rayonu istiqamətində düşmənin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

Şəhid hərbi qulluqçumuzun nəşi bu gün səhər saatlarında doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kəndinə gətirilib. Azərbaycanın şəhid olan hərbi qulluqçusu bu gün dəfn ediləcək.

Şəhidimiz dəfn edildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR