Onlarla adamı xilas etdi, amma özü xilas ola bilmədi- Bir qəhrəmanlıq hekayəsi
1991-ci il... Avqustun 5-i... Beyləqan rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun " Sarı yer” yaylağındakı mülkü şəxslərin təhlükəsizliyini təmin etmək üçün ezam olunur. Polislərin arasında Akif Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlara qəfil basqınlar etdiyindən, polislərimiz hər zaman sayıq olmağa çalışırdılar.
Avqustun 12-i ermənilər Cermuq şəhəri tərəfdən " Sarı yer” yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçiləri döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə macal tapmırdılar. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Yaylaqda olan əhalini qorumaq üçün irəli getmək lazım idi. Akif düşməni ərazidən uzaqlaşdırmalı, güllə yağışı altına düşən uşaqları, qadınları xilas etməli idi. Akif bu missiyanın öhdəsindən gəldi. Düşən darmadağn edilir. Lakin düşmənin atdığı qəfil güllə Akifdən də yan keçmir. O, qəhrəmancasına həlak olur.
Ailəli idi. Beş övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əkbərob Akif Abbas oğlu ölümündən sonra " Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Beyləqan rayonunda dəfn edilib. Büstü qoyulub.
Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.
Allah rəhmət eləsin!






