Logo

Gənclərin sağlamlığını təhlükəyə atan enerji içkiləri - Yaş həddi artırılacaq?

Gənclərin sağlamlığını təhlükəyə atan enerji içkiləri - Yaş həddi artırılacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Son araşdırmalar göstərir ki, enerji içkiləri gənc istifadəçilərin yarısının böyrəyinə mənfi təsir göstərir.

Kanadanın Ontario şəhərindəki Vaterloo universitetinin alimləri bu qənaətə gəliblər ki, enerji içkilərinin yaş məhdudiyyətini 16-dan yuxarı qaldırmaq  lazımdır. Bu cür içkilərdən istifadə edən 12-24 yaş arası yeniyetmə və gənclərin 55 %-i sağlamlıqlarından narahat olduqlarını deyiblər, xüsusən də ürək döyünmələrindən və qıcolmalardan.

2025 gənc arasında aparılan sorğulara görə onlar tez-tez "Red Bull”, "Monster”, "Bizon" və "Hell" enerji içkilərini istehlak edirlər. Araşdırmalar göstərib ki, bu içkilər kofeinli digər içkilərdən daha təhlükəlidir.

İstifadə edənlərdən 24,7 faizi bildirib ki, onlarda ürək döyüntüləri artıb və 24,1 faizində isə yuxu sistemi pozulub. 18,3 faizində baş ağrıları, 5,1%-də ürək bulanmaları, diareya, 3,6 %-ində isə sinə ağrıları olub.

Amma məsələnin ən həyacan verici məqamı odur ki, onların böyük əksəriyyəti enerji içkisini məsləhət görülən dozadan (gündə bir və ya iki qutu) az içənlərdir.

"Hazırda uşaqlar üçün satışda, reklamda heç bir məhdudlaşdırma yoxdur” - tədqiqat qrupuna daxil olan professor Devid Hammonds deyib.

O, bildirib ki, bu gün kofe enerji ikilərinin sağlamlığa təsirini ölçmək üçün risk etalonu kimi göstərilir. Əldə olunan nəticələr onu göstərir ki, bu cür məhsullara nəzarət güclənməlidir.

Həyacan təbili çalanlar arasında Britaniyadan olan bir qrup da var. Şef aşbaz Ceymi Oliverin rəhbərlik etdiyi qrup hökuməti enerji içkkilərinin uşaqlara satılmasını qadağan etməyə çağırıb. Onun bu istəyinə ancaq bir supermarketlər şəbəkəsi qoşulub.

Artıq bu aydan "Waitrose” şəbəkəsi yüksək kofeinli enerji içkilərinin satışını 16 yaşdan aşağı şəxslərə qadağan edib. Gələn ilin martındn isə alıcılar belə içkiləri alarkən yaşlarının 16-dan yuxarı olduğunu sənədlə sübut etməli olacaqlar.

Orxan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR