Logo

Azərbaycanda 25 sm qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanda 25 sm qar yağdı - FAKTİKİ HAVA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvar ayının 1-dən 2-i səhərədək ölkə ərazisində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal, şimal-qərb küləyi əsib.

Departamentdən Sfera.az-a bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 18, Oğuz 16, Qəbələ 15, Mingəçevir 14, Ağdərədə (Ordubad) 14, Zaqatala 12, Bərdə 8, Zərdab 7, Xınalıq 6 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 25, Xətəmdə 25, Qırızda 12, Xınalıqda 10, Daşkəsəndə 4, Gədəbəydə 5 sm təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR