Nazirlikdən Ermənistanın ittihamlarına CAVAB
Kateqoriya məlum deyil
"Ermənistan hakimiyyəti hazırda ölkədə baş verən iğtişaşlardan əhalisinin və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə cəbhə xəttində Azərbaycan silahlı bölmələrinin guya atəşkəs rejimini pozaraq mülki əhaliyə atəş açması barədə növbəti dəfə həqiqətə uyğun olmayan məlumat yayıb".
Sfera.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya deyilib ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə tam riayət edir və beynəlxalq hüquq prinsiplərinə və humanitar normalara uyğun olaraq heç bir halda mülki əhalini hədəf seçmir:
"Bu kimi məlumatların yayılmasında Ermənistan hakimiyyətinin məqsədi hazırkı durumda cəbhəboyu zonada vəziyyəti gərginləşdirmək və planlaşdırdıqları təxribatlara qabaqcadan haqq qazandırmaqdır".






