Logo

Azərbaycanda cinayət törədənlərin yaş həddi

Azərbaycanda cinayət törədənlərin yaş həddi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda cinayət törədənlər daha çox yaşı 30 və ondan yuxarı olan şəxslərdir.

Sfera.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə ötən il cinayət törətdiyi aşkar edilmiş şəxslərin sayı 16 322 nəfər olub. Cinayət törədənlərin 15194-ü kişi, 1128-i qadın olub.

Cinayət törətdiyi aşkar edilmiş şəxslərin 115 nəfəri 14-15, 362 nəfəri 16-17, 2 968 nəfəri 18-24, 2958 nəfəri 25-29 yaşlı, 9919 nəfəri isə 30 yaş və yuxarı olanlardır. Əvvəlki 5 ilin göstəricilərində də cinayətlərin daha çox yaşı 30 və yuxarı olanlar tərəfindən törədildiyi bildirilir.

2010-cu ildə ümumilikdə cinayət törətdiyi aşkarlanmış 18689 şəxsin 11613 nəfəri, 2011-ci ildə 18612 şəxsin 11261 nəfəri, 2012-ci ildə 17030 şəxsin 10049 nəfəri, 2013-cü ildə 14841 şəxsin 8540 nəfəri, 2014-cü ildə isə 15560 şəxsin 9119 nəfəri 30 yaş və daha yuxarı yaşlı olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR