Logo

Ermənistan Xüsusi İstintaq Xidməti rəisinin qızı və kürəkəni işdən qovuldular

Ermənistan Xüsusi İstintaq Xidməti rəisinin qızı və kürəkəni işdən qovuldular
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Vaqram Şaqinyanın qızı və kürəkəni işdən qovulublar.

Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə "Qraparak" nəşri öz mənbələrinə əsasən xəbər yazıb.
 
"Asmik Şaqinyan Dövlət Gəlirləri üzrə Komitənin Təhqiqat şöbəsinin rəisi vəzifəsindən azad edilib. Onunla bağlı məlumatlar artıq qurumun saytından çıxarılıb. Məsələ ilə əlaqədar komitədən bildiriblər ki, A. Şaqinyan 6 iyun tarixindən daxili audit idarəsinin rəis müavini təyin edilib", - deyə bildirilir.
 
İstintaq Komitəsinin Nor Nork istintaq şöbəsinin rəisi olan kürəkən Aram Arutyunyan isə təxminən bir həftə əvvəl vəzifəsindən azad edilib. Eyni zamanda, onun barəsində cinayət işi başlayıb. Qurumun məlumatına görə, A. Arutyunyan öz xahişi ilə işdən azad edilb.
 
"Mənbələrimizə əsasən, o, Moskvaya getməyə hazırlaşır", - deyə nəşr qeyd edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR