Rusiya-Azərbaycan yolu bağlandı
Kateqoriya məlum deyil
İyunun 15-də axşam Bakı vaxtı ilə saat 23:20-də Rusiya ilə Azərbaycanı birləşdirən Transqafqaz avtomagistralının Şimali Osetiyadan keçən hissəsində uçqun nəticəsində yol hər iki istiqamətdə bağlanıb.
Sfera.az virtualaz.org-a istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Uçqunun baş verdiyi əraziyə xilasedicilər və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Yolun nə zaman açılacağı barədə məlumat verilmir.






