Logo

Erməni general yeni müharibəyə çağırdı

Erməni general yeni müharibəyə çağırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də Ermənistan bir sıra çox önəmli yüksəklikləri və strateji əraziləri itirdi. Bu əraziləri, mövqeləri mütləq qaytarmalıyıq. Azərbaycanla yeni müharibəyə başlamalıyıq".
Milli.Az ArmToday-a istinadən bildirir ki, erməni general-mayor, "Kommandos" ləqəbi ilə tanınan Arkadi Ter-Tadevosyan belə deyib.
Onun sözlərinə görə, Ermənistanın Müdafiə Nazirliyi gərəkən addımları atmadığına, lazımi qərarları vermədiyinə görə "dördgünlük müharibə"də uduzdu.

Erməni general yeni müharibəyə çağırdı

"İndi məğlubiyyəti və itkiləri gizlətmək üçün deyirlər ki, o ərazilər taktiki və strateji baxımdan əhəmiyyət kəsb etmir. Əksinə, itirilən mövqelər strateji baxımdan çox əhəmiyyətili idi. İndi ermənilərin Talışda, Madagizdə, Mardakertdə (Ağdərə - red.) normal yaşamaları üçün o mövqeləri mütləq qaytarmalıyıq. Təbii ki, bunu hamı nəzərə almalıdır. Amma Ermənistan rəhbərliyinin, deputatların çıxışları məndə təəssüf hissi yaradır", - erməni general deyib.

Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan və Müdafiə Nazirliyi itirilmiş ərazilərin geri qaytarılmasını  düşünməlidirlər: "Dağlıq Qarabağın şimalında itirdiyimiz yüksəkliklərə görə çox böyük itkilər verdik, bundan sonra da verəcəyik. Talış kəndində kimsə yaşamır. Dağlıq Qarabağın ən böyük şəhəri olan Mardakert hədəfdədir. Ermənilərin o yaşayış məntəqələrinə qayıtmaları, rahat yaşamaları üçün itirdiyimiz mövqeləri və yüksəklikləri geri almalıyıq", - Ter-Tadevosyan söyləyib.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə "Kommandos"un açıqlamalarını emosional adlandırıb: "Hesab edirəm ki, belə açıqlamalarla çıxış etməzdən əvvəl faktları xatırlamaq, məntiqlə danışmağa çalışmaq lazımdır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR