Logo

Dərslər sentyabrın 1-də başlayar və mayın 31-də tamamlanarsa...

Dərslər sentyabrın 1-də başlayar və mayın 31-də tamamlanarsa...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son illərdə qəbul olunan qərarların içində ən absurdu dərslərin iyun ayının 15-dək uzaldılmasıdır. İkinci yerdə gələn absurd qərar isə dərslərin sentyabr ayının 15-də başlamasıdır.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, eləcə də İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirib.

Deputatın fikrincə, orta məktəblərdə dərslər sentyabrın 1-də başlamalı, mayın 31-də isə bitməlidir:

"Uşaq bağçaları, orta məktəb və ali məktəblər üçün bu cür vaxt dəyişiminin hansısa faydası olduğunu düşünmürəm. Dərslər sentyabrın 1-də başlayar və mayın 31-də tamamlanarsa, həm təhsil alanlar və müəllimlər rahat olar, həm də valideynlər vaxt uzatmanın girovuna çevrilməzlər".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR