Logo

Ermənistanın bunu dərk edib-etməməsi artıq Azərbaycanı düşündürmür

Ermənistanın bunu dərk edib-etməməsi artıq Azərbaycanı düşündürmür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan aldığı dərsdən hələ nəticə çıxarmayıb.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, 2-5 aprel tarixlərində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən hadisələr hələ də hər iki ölkənin ciddi müzakirə mövzusudur:

Ermənistanın bunu dərk edib-etməməsi artıq Azərbaycanı düşündürmür

"Həmin dövr Ermənistanın növbəti provokasiyasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin apardığı hərbi əməliyyatlar bir sıra əhəmiyyətli strateji yüksəklikləri nəzarət altına almaq və 20 kvadrat kilometr ərazini işğaldan azad etməklə nəticələndi. Azərbaycan Ordusu öz zəfərini davam etmək əzmində idi. Ancaq beynəlxalq ictimaiyyətin təkidini nəzərə alaraq, ölkəmiz əks-hücumu dayandıraraq danışıqlara üstünlük verdi. Ancaq Ermənistandan gələn xəbərlər göstərir ki, düşmən dövlət aldığı dərsdən nəticə çıxarmayıb. Onlar tez-tez azad edilmiş Azərbaycan ərazilərini geri qaytaracaqlarını, hücuma hazırlaşdıqlarını bildirirlər. Hətta bu dəfə diplomatiyanı unudaraq həmin torpaqları Ermənistan torpaqları adlandırırlar. Ermənistan bunu hansı hüquqla və hansı güclə etmək istəyir?!

Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın ərazisidir və onun işğal altında olması beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə təsdiq edilib. Onun rəhbərlərinin bəyanatı isə açıq şəkildə qonşu dövlətin ərazisinə iddiadır".

Ermənistanın bunu dərk edib-etməməsi artıq Azərbaycanı düşündürmür

A.Mirzəzadə qeyd edib ki, Ermənistanın hal-hazırdakı iqtisadi gücü isə artıq ordusunun ehtiyaclarını ödəməyə və Azərbaycan ərazilərini nəzarət altında saxlamağa imkan vermir: "Hal-hazırda Ermənistanın rəsmi surətdə 2.8 milyon, Azərbaycanın isə 9.7 milyon əhalisi var, bu isə müvafiq olaraq ordunun ehtiyat canlı qüvvəsi deməkdir.

Ermənistanın 2016-cı il üçün büdcəsi 2.8 milyard, Azərbaycanınkı isə 12 milyard ABŞ dolları, Ermənistanın ümümu daxili məhsulu 2015-ci il üçün 10.6 milyard, Azərbaycanınkı isə 54 milyard ABŞ dolları təşkil edib. Ümumilikdə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 73 faizini təşkil edir.

Ermənistanın 2016-cı il üçün hərbi büdcəsi 430 milyon ABŞ dolları, Azərbaycanınkı isə 4 milyard dollar təşkil edir. Müvafiq olaraq, Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib, Ermənistan ordusu isə Sarqsyanın özünün də etiraf etdiyi kimi, həm köhnə silahlarla təchiz edilib, həm də ciddi silah-sursat çatışmazlığı hiss olunur".

Ermənistanın bunu dərk edib-etməməsi artıq Azərbaycanı düşündürmür

Komitə sədrinin müavinin fikrincə, Ermənistanın indiyə qədər yeganə üstünlüyü cəbhə xəttində relyefə görə strateji yüksəkliklərin onun əlində olması idi: "Ancaq 2-5 aprel hərbi əməliyyatları zamanı Azərbaycan işğalçı ölkəni bu üstünlükdən də əsasən məhrum etdi. Bütün bunlardan sonra Ermənistanın yenidən militarist mövqedən çıxış etməsi, ən azı, gülüş doğurur. Amma Azərbaycan ciddi öləkədir və öz ərazilərinin işğal altında qalmasını daha 25 il gözləmək fikrində deyildir. Öz suveren hüquqlarını bərpa etmək üçün o həm hərbi, həm də mənəvi gücə malikdir. Bunu Ermənistanın dərk edib-etməməyi isə artıq ölkəmizi düşündürmür".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR