Logo

Sürücülük vəsiqələri ilə bağlı yeni qərar (RƏSMİ)

Sürücülük vəsiqələri ilə bağlı yeni qərar (RƏSMİ)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sənədlə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış saziş təsdiq edilib.

Sənəddə deyilir: ""Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR