Logo

Azərbaycana məxsus təyyarədə ölənlərin sayı açıqlandı

Azərbaycana məxsus təyyarədə ölənlərin sayı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
AZAL-ın mətbuat katibi isə ölənlər barədə hələlik heç bir məlumat yaymayıb.
AN-12 tipli təyyarə
AN-12 tipli təyyarə

23:59 / Azərbaycana məxsus təyyarədə ölənlərin sayı açıqlandı

Əfqanıstanda qəzaya uğrayan Azərbaycana məxsus təyyarədə ölənlərin sayı açıqlanıb.

ANS PRESS-in məluamtına görə, Rusiyanın "RİA Novosti" agentliyi məlumat yayıb ki, təyyarədə olan 7 nəfər ölüb, 2 nəfər isə ağır yaralıdır.

Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir. Ekipaj üzvlərindən 5-i Azərbaycan vətəndaşıdır.

Məlumatları dəqiqləşdirməkdə davam edirik.

22:14 / Azərbaycana məxsus təyyarə qəzaya uğradı: ölənlər var

Əfqanıstanda Azərbayana məxsus təyyarə qəzaya uğrayıb. ANS PRESS-ə daxil olan məlumata görə, bu mülki təyyarədir. AN-12 tipli təyyarədə yalnız ekipaj üzvləri olub.

Daxil olan məlumata görə, qəza nəticəsində bütün ekipaj üzvü həlak olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq bilinmir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ANS PRESS-in sorğusuna cavab verib.

Bildirilir ki, qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer havalimanından uçuş zamanı aviqəza baş verib.

Bildirilib ki, heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

Silk Way şirkətinə məxsus An-12 tipli təyyarə
Silk Way şirkətinə məxsus An-12 tipli təyyarə

"An-12" Sovet istehsalı olan hərbi nəqliyyat təyyarəsidir. Fəal şəkildə hərbi məqsədlər, fövqəladə vəziyyətlər, hərbi texnika və şəxsi heyətin daşınması, həmçinin sərnişin və yük daşınmaları üçün istifadə olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR