Logo

"Bakıda Peterburq görüşləri" layihəsi çərçivəsində Nizami Kino Mərkəzində Lenfilmin filmləri nümayiş olunur

"Bakıda Peterburq görüşləri" layihəsi çərçivəsində Nizami Kino Mərkəzində Lenfilmin filmləri nümayiş olunur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mayın 18-dən 20 -dək Nizami Kino Mərkəzində Sankt -Peterburq hökümətinin xarici əlaqələrlər üzrə Komitəsinin, Rusiya səfirliyinin, Rossəməkdaşlığın Azərbaycandakı nümayəndəliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən "Bakıda Peterburq görüşləri" layihəsi çərçivəsində Lenfilm kinostudiyasının çəkdiyi filmlərin nümayişi başlanıb.

Milli.Az xəbər verir ki, üç gün ərzində şəhər sakinləri və qonaqlar Lenfilm kinostudiyasının film kolleksiyasından ayrı ayrı illərdə çəkilmiş filmləri izləyə bilərlər:

18 may saat 18:30 -da "Moy dobrıy Papa" flmi 1970 il

19 may saat 18:30-da -"Poklonnitsa" filımi 2012 il

20 may saat 18:30 -da - "Kontribusiya" filmi -2016 il

Seanslara giriş sərbəstdir.

Nümayişlərdən əvvəl Lenfilm studiyasının nümayəndələri filmlərın çəkilişləri haqqında danışacaqlar.

Layihənin məqsədi Azərbaycanla Sankt-Peterburq arasında ikitərəfli elm, təhsil, mədəni əlaqələrin möhkəmlənməsi və genişləndirilməsidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR