Logo

"12 illik təhsil sisteminə keçidlə əlaqədar iş aparılır"

"12 illik təhsil sisteminə keçidlə əlaqədar iş aparılır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Təhsil Nazirliyi 12 illik təhsil sisteminə keçidlə əlaqədar dərs vəsaitlərinin, proqramlarının hazırlanması üzərində iş aparır.

Sfera.az Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov ADA Universitetində Ümumdünya İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, bu işlər çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sahəsində dərslərin keçirilməsi məsələləri müzakirə olunacaq, bundan sonra həmin sistemə keçid barədə qərar qəbul ediləcək.

F.Qurbanov qeyd edib ki, bununla yanaşı, Təhsil Nazirliyi şagirdlərin məktəbdənkənar vaxtda informatika sahəsində biliklər qazana bilməsi üçün informatika sahəsinə xüsusi diqqət ayrılması üzərində iş aparır. Bununla əlaqədar olimpiadalar keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR