Logo

Azərbaycan ətrafında böyük hərbi əməkdaşlıq alyansı yarana bilər

Azərbaycan ətrafında böyük hərbi əməkdaşlıq alyansı yarana bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaxın zamanlarda Azərbaycan, Türkiyə, Gürcüstan üçtərəfli formatda hərbi əməkdaşlığının miqyası daha da genişlənə bilər.

Bunu Milli.Az-a açıqlamasında dünən Qəbələ şəhərində keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşünün nəticələrini şərh edən hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

Azərbaycan ətrafında böyük hərbi əməkdaşlıq alyansı yarana bilər

Onun fikrincə, bu görüş əvvəlkilərdən həm məzmununa, həm də vaxtına görə əhəmiyyətli dərəcədə fərqlənir. Çünki Azərbaycan ətrafında, Dağlıq Qarabağda, cəbhə xəttində baş verən hadisələrin fonunda keçirilən bu görüşə diqqət böyük idi və hamı gözləyirdi ki, burada hansı mesajlar səsləndiriləcək:

Azərbaycan ətrafında böyük hərbi əməkdaşlıq alyansı yarana bilər

"Bu baxımdan Qəbələdə müdafiə nazirləri arasında keçirilən təkbətək və üçtərəfli formatda görüşlərin nəticələrinə dair 3 məqamı xüsusi qeyd etmək istəyirəm. Birincisi, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz qeyd etdi ki, Türkiyə bütün məsələlərdə Azərbaycanın yanındadır, işğal olunmuş ərazilər boşaldılmalıdır və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunmalıdır. İkinci ən önəmli mesaj Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan gəldi ki, əgər Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayacaqsa, düşmənə sarsıdıcı zərbə vurulacaq. Üçüncü ən önəmli məqam o idi ki, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli Azərbaycanı Gürcüstanda keçiriləcək NATO təlimlərinə dəvət etdi".

Azərbaycan ətrafında böyük hərbi əməkdaşlıq alyansı yarana bilər

Ekspert hesab edir ki, əgər bu formata GUAM baxımından yanaşsaq, gələcəkdə onun bir qədər genişlənməsi mümkündür: "Mən prespektivdə burada Ukraynanın olmasını da hiss edir və görürəm. Çünki Ukrayna həm Gürcüstan, həm də Türkiyə ilə çox yaxın münasibətlərdədir. Azərbaycan isə Ukrayna üçün çöx böyük əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alsaq, hərbi sahədəki bu çoxtərəfli əməkdaşlığın konturları genişlənəcək. Bu, təkcə təlimlərlə kifayətlənməyəcək, taktiki və döyüş hazırlığının artırılması məqsədi ilə zabitlərin, hissə və birləşmələrin iştirakı ilə əməkdaşlıq həyata keçiriləcək. Hazırda çox çətin proseslərin fonunda bu çox önəmli məsələdir və bəzi başların soyuması, daha doğrusu, cızığından çıxmaması üçün vacib şərtlərdən biridir".

Azərbaycan ətrafında böyük hərbi əməkdaşlıq alyansı yarana bilər

Ü.Cəfərovun fikrincə, bundan başqa, yəqin ki, digər ölkələrdən də bu əməkdaşlığa maraq göstərənlər olacaq: "Çünki Azərbaycana da, Türkiyəyə də, Ukraynaya da simpatiyası olan ölkələr çoxdur. Onların heç də keçmiş Sovet republikalarından olması mütləq deyil. Sadəcə bu istiqamətdə işləmək lazımdır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR