Ermənistanın baş nazirindən etiraf: "Ordumuzun döyüş qabiliyyəti yetərli deyil"
Baş nazir deyib ki, mayın 14-dən etibarən bu kimi məsələləri həftəlik müzakirə edəcəklər.
O.Abraamyan üç istiqamətdə hökumətin fəaliyyətini gücləndirəcəklərini vurğulayıb: "Büdcəmiz təsdiqlənib. Daha qənaətçil iqtisadi rejimə keçməliyik. Dövlət idarələrinin xərclərini ixtisar etməliyik. Nümayəndəliklərin xərclərini, təmirlərə ayırılan maliyyə vəsaitini, xidməti avtomobillərin sayını azaltmalıyıq.
İkinci, dövlət idarələrinin adminstrasiyalarını sıxlaşdırmalıyıq. Söhbət yalnız nazirliklərdəki əməkdaşların sayının ixtisar edilməsindən getmir. Dövlət və qeyri-dövlət qurumlarında proqramların sayını ixtisar etməliyik".
Baş nazir üçüncü istiqamət kimi korrupsiyaya qarşı mübarizənin gücləndirlməsini vacib olduğunun vurğulayıb.
O, ölkədə monopoliyanın da olduğunu xüsusi ilə qeyd edərək, iqtisdadiyyat nazirinə uyğun göstəriş verib.






