Logo

Ermənistan hökuməti: "Biz Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmirik"

Ermənistan hökuməti: "Biz Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmirik"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan baş nazirinin mətbuat katibi Qoar Poqosyan özünün Feysbuk səhifəsində ölkə hökumətinin "DQR"in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini bəyənməsi barədə xəbərləri təkzib edib.

"Hökumətin yekun fikrində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət DQR-in müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib", - deyə o bildirib.

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, "Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsi müxalifətçi deputatlar Zarun Postancyan və Qrant Baqratyan tərəfindən hazırlanıb.

Daha öncə bildirilmişdi ki, Ermənistan hökuməti bu qanun layihəsini bəyənib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR