Misir nümayəndə heyəti Azərbaycana gəlir
Kateqoriya məlum deyil
Azərbaycan və Misir Qırmızı dəniz və Cənubi Sinay əyalətlərinin qubernatorları, eləcə də Şarm əş-Şeyx şəhərinin merinin Azərbaycana səfəri zamanı turizm əlaqələrinin möhkəmləndirilməsi imkanlarını müzakirə edəcəklər.
Sfera.az bildirir ki, bu barədə Trend-ə Misirin Bakıdakı səfirliyindən deyiblər.
Misir nümayəndə heyətinin tərkibində 13 turizm şirkətinin nümayəndələri də Azərbaycana gələcək.
Nümayəndə heyəti Azərbaycandan Misir kurortlarına turist axınının artırılması imkanlarının müzakirəsi üçün bir sıra görüşlər keçirəcək.






