Bakı metrosunda ciddi yoxlama, uzun növbə və təlaş - YENİLƏNİB - FOTO
09:55
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metronun "Koroğlu" stansiyasında yaranmış sərnişin sıxlığına münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsim Paşayev Trend-ə açıqlamasında bildirib ki, adıçəkilən metro stansiyasının girişində yaranan sıxlığa səbəb stansiyada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədardır.
N.Paşayev qeyd edib ki, həftənin ilk iş günü olduğundan həmin istiqamətdə pik saatlarda sərnişinlərin sayı çox olur: "Təhlükəsizlik tədbirləri gücləndirildiyindən sərnişinlər ciddi yoxlanılır və bu da qismən sıxlığa səbəb olub".
Qurum rəsmisi deyib ki, hazırda stansiyada vəziyyət normaldır.
Qeyd edək ki, bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyasının girişində sıxlıq yaranıb.
-----------
09:40
Bu gün səhər Bakı Metropoliteninin "Koroğlu" stansiyasında böyük növbə müşahidə olunub.
Milli.Az-ın məlumatına görə, buna səbəb sərnişinlərin ciddi yoxlanılması olub. Metrostansiyada tunel boyu yaranan uzun növbə böyük sıxlığa səbəb olub.






