Ermənistan tərəfi 18 meyit götürüb
Kateqoriya məlum deyil
Aprelin 2-nə keçən gecə Ermənistanın təxribatı nəticəsində cəbhədəki döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrininin hərbçiləri tərəfindən məhv edilən 18 erməni bu gün düşmən tərəfinə verilib.
"Qafqazinfo" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə qondarma Dağlıq Qarabağın "prezidenti"nin mətbuat katibi David Babayan bildirib.






