Logo

Ermənistan ordusu itki verdi: Ölən və yaralılar var - YENİLƏNİB

Ermənistan ordusu itki verdi: Ölən və yaralılar var - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

19:58

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə məxsus "Ural" markalı yük maşını Ararat rayonunda Armaş kəndi yaxınlığında qəzaya uğrayaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində bir hərbçi ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.
"Yük maşınında 11 əsgər olub. Onlardan biri - Vardan Matevosyan hadisə yerindəcə ölüb. Altı hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ararat tibb mərkəzinə aparılıb", - deyə İK-nın mətbuat xidmətindən bildirilib.
Hadisəylə bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olan sürücülük qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. Hadisə yerinə baxış keçirilib, olayın başvermə səbəbləri araşdırılır.

---------

17:09

Ermənistan ordusuna məxsus yük maşını Ararat vilayətində dərəyə yuvarlanıb.

Sfera.az azvision.az-a istinadən bildirir ki, faktı Ermənistan polisi də təsdiqləyib.

`Ural` markalı yük maşınının dərəyə yuvarlanması nəticəsində bir erməni hərbçi ölüb, daha bir neçəsi isə yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR