Putin Qarabağla bağlı qərarını verdi
Kateqoriya məlum deyil
"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə plan hazırdır. Lakin Moskva hələlik bunun nüanslarını açıqlamır”.
Bu barədə Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazıb.
Nəşr qeyd edir ki, dünən İrəvanda olan baş nazir Dmitri Medvedevin Ermənistandan münaqişənin həllinə təminat aldığı şübhəsizdir: "Sergey Lavrov isə Bakıda Azərbaycanla danışıqlar apardı. Görünən odur ki, ortada plan var və Rusiya bunun icrası üçün hərəkətə keçib. Amma detallar hələ ki açıqlanmır”.
Nəşr diplomatik mənbəyə istinadən qeyd edib ki, yaxın dövrdə Qarabağla bağlı planın təfsilatı bəlli olacaq.
publika.az






