Logo

Acunla Ardadan Azərbaycana möhtəşəm dəstək - Foto

Acunla Ardadan Azərbaycana möhtəşəm dəstək - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Ağ Evin saytında Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün imza toplama kampaniyası yaradılıb. Kampaniyanın azərbaycanlı təşəbbüskarları Ermənistandan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu tərk etməsini tələb edirlər. Bildirilir ki, Minsk qrupunun üzvləri sözügedən problemdə bağlı hələ ki, hər hansı müsbət rol oynamayıb. Bu səbəbdən AŞPA məsələnin tənzimləməsində ədalətli davranmalı, regiondakı faciənin qarşısını almalıdır.

Lazım olan imza sayı 100 min, hazırda toplanan imza sayı isə 76.421-dir.

"Qafqazinfo” xəbər verir ki, artıq Türkiyədən də Azərbaycana dəstək gəlib. Belə ki, tanınmış aparıcı Acun Ilıcalı ilə futbolçu Arda Turan da petisiyanı imzalayıb.

Onlar bu barədə Tvitter hesablarında yazıblar: "Qardaşımız Azərbaycanın Dağlıq Qarabağ üçün başladığı petisiyanı mən də imzaladım”.

Oxucuların nəzərinə çatdırırıq ki, petisiyaya qoşulmaq istəyirsinizsə, bu linkə daxil olun.

//petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR