Ermənistan özünü ifşa etdi - FOTO
Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasındakı son döyüşlər zamanı ölən hərbçilərin bir qismi ilə bağlı açıqladığı məlumatlarla özünün işğalçı olduğunu bir daha təsdiq edib.
Milli.Az xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi aprelin 2-5-də Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlarda verdiyi itkilərin bir qismini etiraf edərək bildirib ki, hərbi əməliyyatlar zamanı Ermənistanın silahlı qüvvələrinin 58 hərbçisi ölüb, 79 nəfər isə yaralanıb.

Azərbaycan ordusu tərəfindən məhv edilmiş erməni hərbçilər fotoları ilə yanaşı onlara dair digər bəzi məlumatlar da yayılıb. Yayılan məlumatları təhlil etdikdə belə məlum olur ki, ölənlərin böyük əksəriyyəti məhz Ermənistan Respublikasının vətəndaşlarıdır və dəfn mərasimləri də orada keçirilib.
Qeyd edək ki, Yerevanın açıqladığı rəsmi rəqəmlər real itkilərin yalnız bir hissəsini təşkil edir. Real statistika isə xalqdan gizlədilir.

Xatırladaq ki, uzun illərdir ki, rəsmi Yerevan bəyan edir ki, Azərbaycanla döyüşən Dağlıq Qarabağın erməni ordusudur və onların Ermənistana heç bir aidiyyəti yoxdur. Bütün bu faktlar isə göstərir ki, Azərbaycan torpaqlarını işğal edən məhz Ermənistan silahlı qüvvələridir və hazırda Azərbaycan xalqına və Ordusuna qarşı döyüşən də məhz onlardır.
Milli.Az erməni KİV-lərinə əsasən, Ermənistan silahlı birləşmələrinin tərkibində Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan Ordusu ilə döyüşlərdə məhv edilmiş erməni hərbçilərinin bir hissəsinin foto və şəxsi məlumatlarını təqdim edir.






