Logo

3 günlük körpəsinin üzünü görməyən leytenantımızın meyiti qaytarılmır

3 günlük körpəsinin üzünü görməyən leytenantımızın meyiti qaytarılmır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Orucəliyev Qabil aprelin 2-dən bu günə qədər cəbhədə davam edən gərginlik zamanı şəhid olan əsgərlərimizdəndir.

Vətən uğrunda şəhid olan Orucəliyev Qabilin meyiti hələki ailəsinə təhvil verilməyib.

Bu barədə BiG.AZ-a adının açıqlanmasını istəməyən qohumu bildirib.

Onun sözlərinə görə, şəhid əsgərimiz Q.Orucəliyevin meyiti hələ də ermənilərin əlindədir: "Qabil Tərtər zonasında şəhid olub. Onunla birgə 7 nəfər əsgər yoldaşı da vuruşurdu. Hələ ki, meyiti ermənilərdədir, necə əsr düşdükləri haqqında məlumatımız yoxdur. Bir xəbər bilsəniz deyin. Tikə-tikə olsun ermənilər, meyitini vermirlər. 3 gün idi ata olmuşdu, balasını görmədi heç ...", deyə o bildirib.

Xatırladaq ki, Q.Orucəliyev yenicə ata olubmuş. Yeni doğulan körpəsini görməmiş həyata gözlərini yuman əsgər bu sevincini dostu ilə sosial şəbəkədə paylaşıbmış.

Sözügedən paylaşımı təqdim edirik:

]

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR