Logo

Bu, ermənilərin qorxaqlığını göstərir - FOTO

Bu, ermənilərin qorxaqlığını göstərir - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aprelin 1-dən 2-ə keçən gecə erməni hərbi birləşmələrinin Füzuli rayonunun təmas xəttində törətdiyi növbəti təxribat xarakterli hərəkətlər, təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərin intensiv olaraq tanklardan, toplardan və digər artilleriya qurğularından istifadə olunmaqla mütəmadi atəşə tutulması fonunda rayonda əhalinin əhval-ruhiyyəsi yüksək səviyyədədir.

Sfera.az qafqazinfo-ya istinadən bildirir ki, cəbhə xətti boyunca yerləşən Alıxanlı, Şükürbəyli, Mirzənağılı, Qazaxlar kəndlərinin sakinləri evlərini tərk etməyərək, gündəlik təsərrüfat işləri ilə məşğul olur, öz məişət qayğılarını həll edirlər.

Düşmənlə təmas xəttində yerləşən Mirzənağılı kənd sakini, ağsaqqal Telman Səmədov, Qazaxlar kəndindən ağsaqqal Bayandur Şirinov, Alıxanlı kənd sakini ağsaqqal Camal Quliyev və başqaları son günlər cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR