Logo

Ermənilər atəşə başlayıb - SON VƏZİYYƏT

Ermənilər atəşə başlayıb - SON VƏZİYYƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə olunmasına baxmayaraq, Ermənistan ordusunun bölmələri Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində mövqelərimizi minaatanlardan atəşə tutub.

Sfera.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu saatlarda erməni hərbi birləşmələri həm ordumuzun mövqelərinə, həm də kəndə atəş açırlar.

Saytın əməkdaşlarının kənddə olduğu müddətdə (saat 18.00-19.00) yaşayış məntəqəsinə bir neçə mərmi düşüb, evlərə ziyan dəyib.

Həmçinin mövqelərimiz pulemyot və ağır silahlardan atəşə məruz qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR