Logo

Türkiyə səfiri azərbaycanlıların aksiyasına qoşuldu - Praqadan xoş görüntülər - FOTO/VİDEO

Türkiyə səfiri azərbaycanlıların aksiyasına qoşuldu - Praqadan xoş görüntülər - FOTO/VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün Çexiyanın paytaxtı Praqa şəhərində ermənilər Azərbaycan Səfirliyi qarşısına toplaşıblar. Eyni zamanla yüzlərlə azərbaycanlı səfirliyimizi müdafiə etmək məqsədilə binanın ətrafına gəliblər.

Sfera.az-ın məlumatına görə, Türkiyənin Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağış da azərbaycanlılara dəstək və ermənilərə qarşı durmaq üçün həmvətənlərimizə qatılımaq üçün aksiyaya gəlib. O, bu jesti ilə "Azərbaycanın yanında, ermənilərin isə qarşısında olduğunu” göstərib.

Avropadakı olaylarla pəncərədən baxan bəzi səfirlərin fonunda Türkiyə səfirinin bu davranışı çoxlarına örnək sayıla bilər.

Qeyd edək ki, Çexiyadakı səfirimiz Adış İsmayılov Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin kürəkənidir.

Aksiyanı izləyənlər Çexiyadakı səfirimiz Adış İsmayılovun erməni vandalizminə etiraz edən Azərbaycanlıların önündə olmasını rəğbətlə qarşılayıb.

Sosial şəbəkədə istifadəçiləri bəzi ölkələrdə erməni vəhşiliklərinə qarşı susan diplomatlarımızı tənqid atəşinə tutub. Bəzi ölkələrdə səfirlər gözə dəymir, bəziləri isə heç bəyanat da vermir.

Aksiyadan çəkilmiş fotoları və videonu təqdim edirik.

Türkiyə səfiri azərbaycanlıların aksiyasına qoşuldu - Praqadan xoş görüntülər - FOTO/VİDEO

Türkiyə səfiri azərbaycanlıların aksiyasına qoşuldu - Praqadan xoş görüntülər - FOTO/VİDEO
Türkiyə səfiri azərbaycanlıların aksiyasına qoşuldu - Praqadan xoş görüntülər - FOTO/VİDEO
Türkiyə səfiri azərbaycanlıların aksiyasına qoşuldu - Praqadan xoş görüntülər - FOTO/VİDEO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR